• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında 2019-2023-cü illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 22-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri, o cümlədən 2019-2023-cü illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub, birgə həyata keçirilən elektrik enerjisi, nəqliyyat-yol şəbəkəsi və dəmir yolu, su təchizatı layihələrinin icra vəziyyəti nəzərdən keçirilib. Xüsusilə, AİB-in ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsinin yenidən qurulmasına verdiyi dəstək vurğulanıb.
Görüş zamanı, həmçinin bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

23 Oktyabr 2018 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin