• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Foreign Policy News”: Kayseridə Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb

“Foreign Policy News”: Kayseridə Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb

Amerikanın “Foreign Policy News” xəbər portalında Türkiyənin Kayseri şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş parkın və abidənin açılış mərasimindən bəhs edən xəbər yerləşdirilib. 
Materialda qeyd olunur ki, açılış mərasimində Türkiyə və Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri, həmçinin Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev iştirak ediblər.    
Geniş auditoriya qarşısında çıxış edən rusiyalı deputat bildirib ki, Xocalıda törədilmiş hərbi cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Müəllif AZƏRTAC-ın xəbərinə istinadən yazır ki, D.Savelyev deyib: “Bu faciəyə ədalətli qiymət verilməsi və onun günahkarlarının cəzalandırılması üçün biz hamımız Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq”. 
Materialda daha sonra qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə – Yerevanın Bakıya qarşı ərazi iddiaları irəli sürməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin qeyd-şərtsiz olaraq Ermənistana verilməsi tələbi ilə başlayıb. Altıillik müharibə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini təşkil edən  Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu günədək onlara əməl etməyib”, - deyə xəbərin sonunda bildirilir. 

Yusif Babanlı,
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

23 Oktyabr 2018 01:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin