• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər

Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən, Ombudsman aparatının nümayəndələri mühəndis-istehkam və kimya təyinatlı hərbi hissələri ziyarət ediblər.
Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

23 Oktyabr 2018 01:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Noyabr 2018 | 22:26
Kataloniyada qatar qəzası
20 Noyabr 2018 | 22:24
Hava proqnozu
20 Noyabr 2018 | 22:21
Yeni göydələn tikilir

Ən son xəbərləri səhifəmizdən də izləyin