• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan arxeologiyasının əsasları” kitabının təqdimatı keçirilib

 “Azərbaycan arxeologiyasının əsasları”  kitabının təqdimatı keçirilib

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tarix elmləri doktoru, tanınmış arxeoloq Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.
 Tədbiri giriş sözü ilə açan  ADPU-nun rektoru Cəfər Cəfərov kitabın əhəmiyyətindən, Qafar Cəbiyevin istedadlı alim kimi fəaliyyətindən söhbət açıb. Sonra kitab barədə çıxış edən müəllif  əsərin  dərs vəsaiti kimi istifadə edilməsi ilə bağlı qərarın verilməsini gənclər üçün töhfə adlandırıb və buna görə universitetin rektoru Cəfər Cəfərova  və kitabın nəşrində göstərdiyi köməyə görə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Mayisə Rəhimovaya təşəkkürünü bildirib. Müəllifin sözlərinə görə, Azərbaycanda 100 ildir ki, arexoloji tədqiqatlar aparılır.  Bu sahə tarix elminin əsas sütunlarından biridir.  Kitab bu baxımdan istənilən oxucu üçün bələdçi funksiyasını daşıyaraq, onu Azərbaycan arxeologiyasının son nailiyyətləri barədə məlumatlandıracaq. 
Sonra çıxış üçün söz Azərbaycan arxeologiya elmində müstəsna xidmətləri olan alim, AMEA-nın həqiqi üzvü Teymur Bünyadova verilib. Akademik kitabı  arxeologiya elminin son uğurlarından biri kimi qiymətləndirib: “ Kitabda azıxantropdan, Qobustan mədəniyyətinə, ölkəmizin Dəmir dövrü abidələrindən, orta əsr abidələrinədək mühüm dövrlər haqqında məlumat verilir. Əsərdə Azərbaycanın görkəmli arxeoloqları barədə də dəyərli fikirlər yer alıb”.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Mayisə Rəhimova tədbirdə çıxış edərək, ölkəmizdə arxeologiya elminin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz diqqət və qayğısını vurğuladı. Məhz ulu öndərin və Prezident İlham Əliyevin tarix elminə və xüsusən arxeologiya sahəsinə göstərdikləri diqqət və qayğı nəticəsində  bu istiqamətdə böyük uğurlar  əldə edilmişdir. Belə ki, ölkəmizdə hazırda 40-a qədər arxeoloji ekspedisiya fəaliyyət göstərir. İnstitut direktoru tarixçi alim Qafar Cəbiyevin  son əsərini  “arxeoloqların stolüstü kitabı” adlandırıb. 
Sonda AMEA-nın müxbir üzvü, kitabın redaktoru Vəli Əliyev, tanınmış jurnalist, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf ­Müseyibli və digərləri çıxış edərək müəllifin “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitini tarix fakültəsinin tələbələri, tədqiqatçılar, jurnalistlər üçün mühüm mənbə kimi dəyərləndiriblər. 
Məlumat üçün qeyd edək ki, 14 bölmədən, 595 səhifədən ibarət kitabda Azərbaycan arxeologiyasının təşəkkül və inkişafı, müxtəlif tarixi dövrlər üzrə arxeoloji abidələrin təfsilatı verilib. Kitab AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının və ADPU-nun Tədris Metodika Şurasının qərarları ilə nəşr edilib. 

Anar TURAN, 
“Xalq qəzeti”

23 Oktyabr 2018 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin