• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədidə doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

Binəqədidə doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

YAP Binəqədi təşkilatının inzibati binasının akt zalında rayonun cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri, aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev giriş nitqində dövlətimizin başçısının Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qarşıya qoyduğu vəzifələrdən danışıb. Eyni zamanda, bildirib ki, qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə sabitlik həyat tərzinə çevrilib, uğurlu inkişaf təmin edilib.
E.Allahverdiyev hesabat dövründə Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 1 faiz, kənd təsərrüfatının isə 4,3 faiz artdığını vurğulayıb. Həmçinin Binəqədi rayonunda da sosial-iqtisadi, ictimai-siyasi sahələrdə görülən işlərin qənaətbəxş olduğunu qeyd edib, infrastruktur layihələrinin reallaşdırılması, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəyin göstərilməsi, məcburi köçkünlərlə bağlı problemlərin həll olunması, sakinlərin məmnunluğunun artırılması ilə bağlı lazımi tapşırıqlar verib. 
Sonra rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov hesabat məruzəsi ətrafında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər Binəqədidə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun yaşayış sahələrində yeni parklar, xiyabanlar, nümunəvi məhəllələr salınıb, istirahət məkanlarında fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri quraşdırılıb, yol kənarları milli ornamentləri özündə əks etdirən landşaft memarlığına əsasən yenidən qurulub, həmin ərazilərdə müasir dekorativ və ekzotik ağac növləri əkilib. 
Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir. 
Hesabat dövründə, ümumilikdə, 49 min 738 kvadratmetr asfalt örtüyü salınıb, 16 min 340 ədəd müvtəlif növ bəzək kolu, 974 ədəd müxtəlif növ ağac əkilib. 
İclasda Bakı Tekstil fabrikinin icraçı direktoru Elçin Babayev və rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov cari ilin 9 ayının yekunları çərçivəsində görülən işlər barədə çıxış ediblər. 
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə Azərbaycan Prezidentinin 31 iyul 2018-ci il tarixli sərəncamı ilə təltif edildiyi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, rayon məhkəməsinin sədri Araz Kazımova isə icra hakimiyyəti başçısının Fəxri fərmanı təqdim olunub.
İclasa yekun vuran başçı E. Allahverdiyev qarşıda duran vəzifələrdən danışıb, eyni zamanda, nəzərə çarpan müəyyən nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. 

V. BAYRAMOV,
 “Xalq qəzeti” 

 

23 Oktyabr 2018 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin