• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərikard” MMC sığorta xidmətlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Azərikard”  MMC  sığorta xidmətlərinin satınalınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. Maliyyə risklərinin, İT avadanlıqlarının sığortalanması və könüllü tibbi sığorta xidmətlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqı 200 manatdır. 
VÖEN:1400318341
Bank: “Azərbaycan Beynalxalq Bankı” ASC-nin Müştəri Xidməti Departamenti
Kod:805250
M/h: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881
SWIFT: IBAZAZ2X
H/h: AZ79IBAZ40060019449311555120 AZN
İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici şəxs Azər Qarayevdən 
(012 505 21 51 (8064) əldə edə bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (12 dekabr 2018-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 29 yanvar ­2018-ci il tarixədək) qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 13 mart 2019-cu ilədək qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 noyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 dekabr 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 12 dekabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

23 Oktyabr 2018 01:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Noyabr 2018 | 23:51
Kapital Bank
16 Noyabr 2018 | 23:46
B İ LD İ R İ Ş
16 Noyabr 2018 | 00:05
Bid for the Construction
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin