• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1 ədəd nəqliyyat vasitəsinin (mikroavtobus 7+1) satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1 ədəd nəqliyyat vasitəsinin (mikroavtobus 7+1) satınalınması üçün AÇIQ  TENDER  ELAN  EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə tender komissiyasına təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən şəxslər tenderdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, AZ1001, Lermontov küçəsi 74 nömrəli ünvandan (əlaqələndirici şəxs Mübariz Şərifovdan, tel: (012) 492 81 08) ala bilərlər.
İştirak haqqı 100.00 (yüz) manatdır.
Təşkilat: Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
VÖEN: 1700248341
Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı
Kod: 805056
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944 
H/h: AZ96IBAZ38060019442418246209
S.W.I.F.T.: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi ( təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru ,,Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 noyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 22 noyabr 2018-ci il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 74 nömrəli ünvanda tender komissiyasına təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 23 noyabr 2018-ci il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 74 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası 

23 Oktyabr 2018 01:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Noyabr 2018 | 23:51
Kapital Bank
16 Noyabr 2018 | 23:46
B İ LD İ R İ Ş
16 Noyabr 2018 | 00:05
Bid for the Construction
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin