• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Komanda hesabında beşinci

Komanda hesabında beşinci

Ölkəmizin cüdoçuları Baham adalarının paytaxtı Nassau şəhərində keçirilmiş dünya çempionatında çıxışlarını komanda hesabında beşinci yerdə başa vurmuşlar.
 

Millimizin bu müvəffəqiyyətini 55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevlə Balabəy Ağayevin medalları təmin etmişdir. Dostlar finalda bir-birinə rəqib olmuşlar. Həlledici görüşdə qalib gələn Rövşən çempion adını qazanmış, Balabəy isə gümüş mükafatçı olmuşdur.
Dünyanın bir çox ölkəsindən gənc tatami ustalarının mübarizə apardığı çempionatda Azərbaycan komandası yalnız Yaponiya (7 qızıl, 6 gümüş, 5 bürünc medal), İtaliya (3 qızıl mükafat), Gürcüstan (2 qızıl, 3 bürünc medal) və Hollandiya (1+1+1) kollektivlərindən geri qalmışdır.

O.BAYRAMOV, 
“Xalq qəzeti”

 

22 Oktyabr 2018 23:55 - İDMAN
İDMAN
17 Noyabr 2018 | 16:45
81-ci gedişdə heç-heçə
17 Noyabr 2018 | 16:32
Dostlar fəxri kürsüdə
16 Noyabr 2018 | 23:45
Beşinci “dinc” nəticə
16 Noyabr 2018 | 23:39
Runi məşqçi olmaq istəyir

Ən son xəbərləri səhifəmizdən də izləyin