• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvanı Baltikyanı ölkələr üçün təhlükə hesab etmək doğru deyil

Litva prezidenti vəzifəsinə namizəd Viqaudas Uşatskas belə hesab edir

Moskvanı Baltikyanı ölkələr üçün təhlükə hesab etmək doğru deyil

Avropa İttifaqının Rusiya Federasiyasındakı sabiq səfiri Viqaudas Uşatskas bəyan edib ki, Moskvanı Baltikyanı ölkələr üçün təhlükə hesab etmək doğru deyil. Bu barədə “The Baltic Times”a istinadən RİA “Novosti” məlumat yayıb. 
 

“Mən hesab etmirəm ki, hazırda Rusiya Baltikyanı ölkələr üçün birbaşa təhlükədir. Pentaqon və NATO da belə hesab etmir”, - deyə Litva prezidenti vəzifəsinə seçkilərdə namizəd kimi iştirak edən Uşatskas “Litva Xristian Demokratları – Vətən İttifaqı” partiyasının daxili debatları zamanı bildirib. 
Namizəd bəyan edib ki, əgər qarşıdakı seçkilərdə Litva prezidenti seçilərsə, ölkənin hərbi büdcəsinin artırılması qayğısına qalacaq, bununla belə, Rusiyanı hər hansı şəkildə təhlükə kimi qəbul etməyəcək.
Litvalı siyasətçinin fikrincə, bu gün Rusiya ilə mövcud əlaqələri qoruyub saxlamaq lazımdır. Bu məsələdə hər hansı hərbi münaqişə riski yoxdur, əgər müəyyən çətinliklər yaranarsa, bu, yalnız insan faktoru ilə bağlı ola bilər. 
Xatırladaq ki, bir müddət əvvəl Avstriya kansleri Sebastyan Kurts da bəyan etmişdi ki, Avropa İttifaqı ölkələri Rusiya ilə dialoqu qoruyub saxlamalı, gələcəkdə münasibətlərin pisləşməsinə yol verməməli, perspektivdə isə əlaqələrin daha da yaxşılaşmasına çalışmalıdır.
Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Krım ətrafında və ümumiyyətlə, Ukraynada yaranmış vəziyyətlə əlaqədar korlanıb. Qərb Moskvanı Ukraynanın Krım və digər regionlarına müdaxilədə ittiham edərək, ona qarşı sanksiyalar tətbiq edib. Rusiya isə 2014-cü ilin avqustunda cavab tədbirləri görüb və dəfələrlə bəyan edib ki, onunla sanksiyalar dilində danışmaq heç bir nəticə verməyəcək. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

22 Oktyabr 2018 23:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin