Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: Qəhrəman Azərbaycan Ordusu hərbi əməliyyatları uğurla həyata keçirərək Qarabağı xilas etdi

Türk istehsalı olan silah sistemlərinin imkanları azərbaycanlı qardaşlarımızın öz torpaqlarını işğaldan azad etmək mücadiləsində də öz gücünü açıq şəkildə göstərdi. Qəhrəman Azərbaycan Ordusu Vətənin bütövlüyü uğrunda əməliyyatları böyük bir uğurla həyata keçirərək Qarabağı otuz il davam edən Ermənistan işğalından yerli və milli silah sistemlərimizin tətbiqi ilə 44 gündə xilas etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin müdafiə sənayesindəki uğurları barədə çıxışında söyləyib.

Türkiyənin müdafiə sənayesində böyük nailiyyətlər qazandığını və bu istiqamətdə fəaliyyətin qərarlılıqla davam etdiyini vurğulayan nazir Hulusi Akar deyib: “Bu gün yerli və milli silah sistemlərimizin əməliyyatların gedişatındakı həlledici təsirləri bütün dünyada müzakirə olunur və diqqətlə izlənilir".

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

5 Dekabr 2020 22:58 -

Köhnə versiyamızdan xəbərləri izlə