Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörməli cənab Prezident!
Otuz ilə yaxın işğal altında olan Qarabağ bölgəsini azad etmək məqsədilə qəhrəman Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatının uğurla aparılmasının şahidi olduq.
Sizin həm siyasi və diplomatik müstəvidə apardığınız uğurlu danışıqlar, həm də rəhbərliyinizlə Ordunuzun döyüş meydanında nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində Ermənistanın təslim olması, Azərbaycanın beynəlxalq hüquq normalarının pozulması nəticəsində işğal olunmuş torpaqlarının azad edilməsi tarixi bir zəfərdir.
Noyabrın 10-da imzalanan Bəyanatın bölgəyə və bütün Qafqaza sülh və əmin-amanlıq gətirməsini arzu edirəm. Eyni zamanda, xüsusilə son 25 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı qardaşlarımızın öz torpaqlarına qayıtması və onların evlərinin tez bir zamanda bərpa edilməsi diləyimizdir.
Hörmətli cənab Prezident, Sizi və Sizin şəxsinizdə bütün azərbaycanlı qardaşlarımızı bu şanlı Zəfər münasibətilə türkmən milləti, İraq Türkmən Cəbhəsi adından və şəxsən öz adımdan təbrik edirəm.

 

Erşat Salihi 
İraq Türkmən Cəbhəsinin sədri

5 Dekabr 2020 20:20 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə