Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanlar qaydalara ciddi riayət etməsə, daha çətin vəziyyətlə üzləşə bilərik

Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım ciddi narahatlıq doğurur və bu, hər bir vətəndaşın qaydalara ciddi şəkildə riayət etməsi üçün məsuliyyətini daha da artırır.
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, son günlər Azərbaycanda koronavirusa yoluxan şəxslərin sayının artmasına səbəb insanların karantin qaydalarına düzgün riayət etməməsi, laqeydlik göstərməsidir:

“Hər bir insan bu məsələdə üzərinə düşən məsuliyyəti ciddi şəkildə dərk etməli və buna əməl etməlidir. Vətəndaşlar anlamırlar ki, onlar təkcə özlərinin deyil, minlərlə, onminlərlə insanın sağlamlığına və həyatına təhlükə yaradırlar. Ən əsası isə bu təhlükə bütöv cəmiyyətimizi və dövlətimizi də ağır sınaqlar qarşısında qoyur. Bir vətəndaşın yoluxması sayın kəskin artmasına və dövlətin ümumi strateji planlarına ciddi təsirlər göstərir. Bu, təkcə tibbi baxımdan deyil, ümumi iqtisadi-sosial vəziyyətə də mənfi təsir göstərir.
Əgər qaydalara ciddi riayət etməsək, bizi daha çətin vəziyyət gözləyir. Yoluxmaların sayı silsilə şəklində artmağa davam edərsə, insanların lazımi tibbi xidmət almasında da çətinliklər yarana bilər. Koronavirus təhlükəsi bitmədiyi üçün vətəndaşlar özünü təcrid etməli, evdə qalmalı, kütləvi tədbirlərə qatılmamalıdır, tibbi maskadan istifadə etməli, sosial məsafəni saxlamalıdır. Məsuliyyətli olmaqla özümüzü və cəmiyyəti qorumalıyıq”.
Deputat bildirib ki, pandemiya səbəbindən ölkə iqtisadiyyatı hər gün milyonlarla manat itirir, çünki iqtisadi fəallıq azalır, məhdudiyyətlər iş yerlərinin dayanmasına, real sektordan daxil olan əlavə dəyərlərin aşağı düşməsinə gətirib çıxarır: “Məhz belə bir şəraitdə vətəndaşlar üzərinə düşən məsuliyyəti dərindən dərk etməldir. Onlar anlamalıdırlar ki, bir nəfərin sosial məsuliyyətsizliyi ümumilikdə dövlətin səhiyyə sisteminin, iqtisadi-sosial siyasətinin xeyli zəifləməsinə gətirib çıxarır, iqtisadi proqramlarını dayanıqlılığını ləngidir. Bu baxımdan hər bir vətəndaş cəmiyyətimizi, dövlətimizi, iqtisadiyyatımızı qorumaq üçün üzərinə düşən məsuliyyəti dərk etməli, qaydalara ciddi şəkildə riayət etməlidir”.

 

“Xalq qəzeti”

5 Dekabr 2020 20:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə