• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Romada daşqın

Romada daşqın

İtaliyanın paytaxtı Romanın mərkəzinə yağan güclü yağış və dolu daşqına səbəb olub. Bir neçə dəqiqə ərzində küçələrdən buzlu sel keçib. 
 

Sürücülər daşqından qorunmaq üçün avtomobillərini yolların ortasında saxlayıb təhlükəsiz yerlərə sığınıblar. Yeraltı keçidlər su ilə dolub. Bir neçə metro stansiyası bağlanıb.
Romaya əlverişsiz hava şəraiti cənub rayonlarından – ­Sardiniya və Siciliya adalarından gəlib.
Sinoptiklərin məlumatına görə, hazırda siklon Kampaniya regionuna doğru hərəkət edir. Neapol və digər şəhərlərdə məktəblər bağlanıb.

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti” 

22 Oktyabr 2018 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin