Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 484 Bakı şəhəri, 5 dekabr 2020-ci il
 
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2020, № 9 maddələr 1209, 1231; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli 386 nömrəli, 14 oktyabr tarixli 387 və 390 nömrəli, 16 oktyabr tarixli 395 nömrəli, 23 oktyabr tarixli 410 nömrəli, 28 oktyabr tarixli 426 və 427 nömrəli, 6 noyabr tarixli 443 nömrəli və 19 noyabr tarixli 450 nömrəli qərarları) 1.3-cü bəndində “7 dekabr” sözləri “14 dekabr” sözləri ilə əvəz edilsin.
 
 
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə