Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xudavəng monastırının vaizi: Ermənilər monastırdakı bütün əşyaları məhv ediblər

 Xudavəng monastrının vaizi Rafiq Danakari bildirib ki, dünən Kəlbəcər rayonundakı Xudavəng monastırını ziyarətə gedərkən gözləmədiyimiz halda erməni keşişlərlə qarşılaşdıq.
Rafiq Danakari qeyd edib ki, monastırda olan erməni keşişləri bizim ziyarətimizə mane olmaq istəsələr də, buna nail ola bilmədilər: "Müəyyən müddət onlar bizim ziyarətimizə mane olmaq istədilər. Monastırda çəkiliş aparmağa qadağa qoymaq istəyirdilər. Biz onları başa saldıq ki, monastır ermənilərə aid deyil, biz udinlərindir. Biz onlara sübut etdik ki, monastırı onlar 1993-cü ildə zəbt ediblər. Faktlar göstərdik ki, onlar monastırda, kilsələrdəki bütün əşyaları məhv ediblər. Dekabrın 4-ü həmçinin xristianların bayramıdır. Biz ona görə getmişdik ki, monastırda şam yandıraq, ziyarət edək. Erməni keşişlərin maneçiliyinə ­baxmayaraq biz ziyarətimizi elədik, şamlar yandırdıq və monastırda çəkilişlər də etdik".
Vaiz bildirib ki, səfər zamanı onlar monastırda erməni keşişlərinin olmasına da etiraz edib və bunu Rusiya sülhməramlılarına deyiblər: "Biz etiraz etdik ki, Azərbaycan ərazisində erməni keşişlərin bizim udin monastırında nə işi var? Sülhməramlılar isə onların müvəqqəti olaraq burda qaldıqlarını bildirdilər".
R.Danakari deyib ki, hazırda Azərbaycanda 400-ə yaxın Alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər: "Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələrimiz var. Qarabağda olan kilsələrimizin hamısını ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan bizim Alban-udin kilsə və monastırlarımızdakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, alban kilsələrinə, monastırlara saxtakarlıqla erməni xaçı quraşdırıblar".

 

“Xalq qəzeti”

5 Dekabr 2020 20:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə