Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xudavəng monastırının dini varisləri geri qayıtdı Monastıra vaiz təyin olunub

 Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar.
Din xadimləri monastırda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.
Azərbaycan Alban-udin xristian icmasının sədri Robert Mobili bildirib ki, bu yerlərə qayıtmağımıza görə şəhidlərimizə borcluyuq: "Kəlbəcər bizim üçün adi yer deyil, Kəlbəcərdə çoxlu sayda Alban məbədləri var. Biz bugün Xudavəng məbədinə gəlmişik. Biz burda Alban kilsəsinin dini varisləri kimi iştirak edirik, kilsədə dini ayinləri icra edirik".
Qeyd edək ki, Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub. Mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq vilayətinin “Rostok” adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi.

 

“Xalq qəzeti”

5 Dekabr 2020 20:09 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə