Ən son xəbərlər
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilən “Könüllülər İli” çərçivəsində dekabrın 5-də Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Zoom” platforması vasitəsilə iki minə yaxın könüllünün iştirakı ilə keçirilən görüş, eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqının “Facebook” səhifəsində canlı yayımlanıb.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edib.
Dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələrinin könüllülərə müraciətlərinin yer aldığı tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub, musiqili fasilələr və intellektual yarışlar təşkil edilib.
Forumda BMT-nin Baş katibi Antonio Quterreş, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, BMT Könüllülük Proqramının icraçı əlaqələndiricisinin müavini Toily Kurbanov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun könüllülərə müraciəti dinlənilib.
Tədbir könüllülərin həyəcanla gözlədiyi hissə olan ilin ən fəal könüllülərinin elan edilməsi mərasimi ilə davam edib.
Köhnə versiyamızdan xəbərləri izlə