Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST Afrika ölkələrinə çağırış edib

Pandemiyanın statistikasını izləyən “Worldometer” portalının məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika ölkələrini əhalinin yeni növ koronavirus əleyhinə peyvənd edilməsi prosesinə fəal hazırlaşmağa çağırıb.
Təşkilat rəsmiləri bildiriblər ki, hazırda Afrika qitəsinin tarixində ən böyük peyvənd kampaniyası olacaq COVID-19 əleyhinə peyvənd prosesinə hazır deyil.
ÜST-ün Afrikadakı regional bürosunun direktoru Matşidiso Moetinin sözlərinə görə, kontinent koronavirus əleyhinə kampaniyaya hazırlığı təcili olaraq aktivləşdirməlidir. Güman edilir ki, bütün ölkələri ədalətli əsasda vaksinlə təmin etmək üçün yaradılan “COVAX” beynəlxalq mexanizminin köməyi ilə ilkin mərhələdə qitə əhalisinin 20 faizini koronavirusdan qorumaq mümkün olacaq.
ÜST-nin hesablamalarına görə, Afrikaya COVID-19 əleyhinə vaksinləmə üçün 5,7 milyard dollar tələb olunacaq. Prosesə inyeksiya materiallarının və peyvəndin çatdırılması əlavə olunarsa, həmin məbləğin 15-20 faiz artacağı bildirilir. Bunun üçün yalnız səhiyyə sahəsində təlim keçmiş mütəxəssislər deyil, həm də zəncirvari təchizat, müvafiq logistika və əhalinin səfərbərliyi tələb olunur. Qitədəki əhalinin 60 faizini kollektiv immunitetlə təmin etmək üçün hər adama iki doza olmaqla 1,5 milyard dozalıq vaksin tələb olunur. Afrikada vaksinləmə 2021-ci ilin ikinci rübündən gec olmayaraq başlaya bilər.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 Dekabr 2020 19:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:07
Angelo Kaloia həbs edilib
23 Yanvar 2021 | 01:07
Roma imperiyasına aid tapıntı
23 Yanvar 2021 | 01:07
Qalib türk şirkətidir

Köhnə versiyamızdan xəbərləri izlə