Ən son xəbərlər
“Worldometer” saytının məlumatına görə, Rusiyada koronavirusa günlük yoluxma 28 min 782 nəfərə çatıb. Bu ölkədə günlük yoluxmada indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Qeyd edilir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 milyon 431 min 731 nəfərə çatıb.
Bir gündə 27 min 644 nəfər sağalıb, 508 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 milyon 916 min 396 xəstə sağalıb, 42 min 684 nəfər ölüb.
Moskvada koronavirus xəstələrinin sayı bir gündə 7 min 993 nəfər artıb.
Məlumatda vurğulanıb ki, COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə