Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT həyəcan təbili çalır

Əgər ölkələr zəruri maliyyə vəsaiti ayırmasalar, 2021-ci ildə dünyada  son 75 ilin ən ağır humanitar böhranı yaşana bilər. “Reuters” agentliyi yazır ki, bu barədə Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli BMT Baş Assambleyasının koronavirus pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışı zamanı xəbərdarlıq edib.
Onun sözlərinə görə, son dörd ildə əsasən silahlı münaqişələr nəticəsində dünyada ölüm aclığı astanasında olan insanların sayı 80 milyondan 135 milyonadək artıb. Koronavirus pandemiyası səbəbindən isə bu rəqəm 270 milyona yüksəlib.
Devid Bizli qeyd edib, hazırkı mərhələdən baxanda 2021-ci il fəlakətli görünür. Lakin zəruri vəsait toplamaq mümkün olsa, qeyri-sabitliyin, aclıq və miqrasiyanın qarşısını almaq olar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 Dekabr 2020 19:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 Yanvar 2021 | 01:04
Yeni sistem hazırlanır
19 Yanvar 2021 | 01:04
Birgə layihə
19 Yanvar 2021 | 01:03
ÜDM artıb

Köhnə versiyamızdan xəbərləri izlə