Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Windows” sistemində kritik boşluq aşkarlanıb

“Lenta.ru” saytının yaydığı məlumata görə, “Windows” sistemində korporativ alətlər vasitəsilə müdaxilə imkanı aşkar edilib. Mənbə yazır ki, Avstriyanın “SEC Consult” şirkətinin mütəxəssisləri “Microsoft”un  əməliyyat sisteminin kodunda boşluq aşkar ediblər. 

Mütəxəssislərin sözlərinə görə, bəhs edilən problem korporativ şəbəkələrdə cihazların tənzimlənməsi üçün alətlər dəsti olan “Microsoft Autopilot” sistemində aşkarlanıb. Sistem boşluğu istənilən şəbəkə istifadəçisinə öz imtiyazını administrator səviyyəsinədək yüksəltməyə və şəbəkəni öz nəzarəti altına keçirməyə imkan verir.
Kritik boşluğun təsvirinə əsasən, haker şəbəkədən müəyyən qurğunu ayıra, sonra yeni istifadəçi yarada və onu qeyri-məhdud səlahiyyətlərlə təmin edə bilər. “SEC Consult” şirkətinin mühəndisləri bununla bağlı “Microsoft” şirkətinə müraciət ediblər, lakin ABŞ istehsalçısı ilk əvvəl onları ciddiyə almayıb. Təkrar müraciət vaxtı isə “Microsoft” korporasiyasının nümayəndəsi deyib ki, şirkət problemin mövcudluğunu tanımır.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

5 Dekabr 2020 19:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:07
Angelo Kaloia həbs edilib
23 Yanvar 2021 | 01:07
Roma imperiyasına aid tapıntı
23 Yanvar 2021 | 01:07
Qalib türk şirkətidir

Köhnə versiyamızdan xəbərləri izlə