Ən son xəbərlər
Rusiyanın Primorye diyarına noyabrın ortalarında gələn siklon 1 milyard rubldan çox ziyan vurub. Bunu diyarın vitse-qubernatoru Vera Şerbina deyib.
Onun sözlərinə görə, təkcə energetika və kommunal təsərrüfatına 619 milyon rubl ziyan dəyib. Qəza-bərpa işlərinə 200 milyon rubldan çox vəsait xərclənib.
Diyarda fövqəladə vəziyyət rejimi hələ də davam edir. Vladivostok şəhəri və digər ərazilər hələ də elektrik enerjisi ilə tam təmin edilməyiblər.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə