Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Dekabrın 6-da 
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru yağıntılı olacağı, qar yağacağı  gözlənilir. Bəzi yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq. Havanın temperaturu gecə 0-5°, dağlıq ərazilərdə 7-9° şaxta, gündüz 2-7° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  3-8° , gündüz  0-3° şaxta olacağı proqnozlaşdırılır.
Gəncə, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz  5-9° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, gündüz  0-4° şaxta olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir   duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz  6-9° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara  rayonlarında arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  4-6°,  gündüz  6-9° isti,  dağlarda gecə 1° şaxtadan 3°-dək isti,  gündüz  3-5° isti olacağı gözlənilir.

5 Dekabr 2020 19:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə