Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan portalları: Azərbaycan xalqı Vətən müharibəsi qurbanlarının xatirəsini ehtiramla anıb

Özbəkistanın “interpress.uz”, “azon.uz” və “qalampir.uz” portalları dekabrın 4-də Azərbaycanda Vətən müharibəsi qurbanlarının xatirəsinin anılması, müharibədə şəhid olanların və yaralıların sayı, 8 noyabrın Zəfər Günü elan olunması ilə bağlı özbək dilində məqalələr çap edib.

AZƏRTAC xəbər verir ki, informasiyalarda Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan bəhs olunur. Bildirilir ki, dekabrın 4-də saat 12:00-da Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məlumat verilir ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 əsgər və zabiti şəhid olub, döyüşlərdə 1245 hərbçi yaralanıb, onların müalicəsi davam etdirilir. Vurğulanır ki, Azərbaycan xalqı dekabrın 4-də Vətən müharibəsi qurbanlarının xatirəsini ehtiramla anıb.

Portallarda noyabrın 10-da imzalanan birgə Bəyanat haqqında da məlumat verir, məhz bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunduğu qeyd olunur.

Saytlar Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verib.

5 Dekabr 2020 14:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə