Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəcəb Tayyib Ərdoğan: Fransa ATƏT-in Minsk qrupundakı vasitəçi rolunu itirdi

Fransa, ATƏT-in Minsk qrupundakı vasitəçi rolunu itirdi, deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Fransa prezidenti Emmanuel Macron Fransa üçün bir problemdir. Macron ilə Fransa çox təhlükəli bir dövr keçir. Ümid edirəm ki, Fransa ən qısa zamanda Makron problemindən qurtaracaq" deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın qətnaməsinə qarşı dediklərini xatırladıb: “Fransa bu qədər istəsə, Marseli ermənilərə verə bilər”.

"Eyni tövsiyəni Fransaya verirəm" -deyə lavə edib.

Terkiyə Prezidenti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və 28 il Ermənistanın işğalı altında qaldığını təkrar edib.

5 Dekabr 2020 14:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə