Ən son xəbərlər
Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot-1. AMEA-nın Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən Akademiya şəhərciyində mühafizə xidmətinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı 150 (yüz əlli) manatdır.
İddiaçılar iştirak haqqını satınalan təşkilatın aşağıdakı hesabına köçürməlidirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
VÖEN- 1700007431
Bank- DXA
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ 01360100000000003944
SWIFT- CTREAZ22
H/h- AZ28CTRE 00000000000004138316
Fond-7, büdcə təsnifatının kodu- 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin ümumi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
İddiaçılar haqqında tələb olunan sənədlər aşağıdakılardır:
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (iddiaçının hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti, rekvizitləri və qeydiyyatdan keçdiyi ölkə);
- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN);
- maliyyə vəziyyəti haqqında bank arayışı – 1 (bir) ildən aşağı olmamalı;
- son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- mühafizə xidmətinin göstərilməsi barədə lisenziyanın alınma tarixi – 3 (üç) il əvvələ olmalıdır;
- mənfəət vergi bəyannaməsi (əvvəlki ilin);
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarına uyğun olaraq, sahibkarlıq subyektlərinin (mikro, kiçik və orta) bölgüsünün meyarı barədə məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs. Elşad Sultanov.
Ünvan- Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30. AMEA Rəyasət Heyətinin inzibati binası.
Telefon- (012) 492 62 85.
E-mail: [email protected]
İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 28 dekabr 2020- ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 6 yanvar 2021-ci il saat 18.00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
İddiaçıların tender təklifi zərfləri 7 yanvar 2020-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə