Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 3 televiziya və 2 radio kanallarının internet şəbəkəsi ilə yayımı xidmətinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender. gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən iddiaçılar 100 manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplu­sunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Alan bank- Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı xəzinə idarəsi

VÖEN- 1401555071

Kod – 210005

M/h- AZ41NABZ 01360100000000003944

SWİFT- CTREAZ22

Alan təşkilat- “AzTv” QSC

VÖEN-9900062371

Büdcə təsnifatının kodu 142330

Büdcə səviyyəsinin kodu-7, fond -7

Hh-AZ33CTRE 00000000000004048501

İştirak haqqı heç bir halda geri qay­tarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ASAN ödəniş);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi və sosial müdafiə orqanından arayış;

- yüklülük barədə vergi orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;

- layihə işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziyanın olması;

- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İd­diaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs-Əsgərov Camal Hidayət oğlu,ünvan- Bakı şəhəri, M.Hüseyn küçəsi 1, telefon- +994125370200; E-mail: Jamal Aske­[email protected] İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 28 dekabr 2020-ci il saat 12.00-a, tender təklifini və təklifin bank təminatını isə 6 yanvar 2021-ci il saat 12.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 7 yanvar 2021-ci il saat 12.00-da elektron portal vasitəsilə açılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

4 Dekabr 2020 03:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə