Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər

Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri mühəndis-istehkam və kimya təyinatlı hərbi hissələri ziyarət ediblər.

Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

22 Oktyabr 2018 17:58 - TEXNİKA
TEXNİKA
8 Noyabr 2018 | 19:21
Maye robot hazırlanıb
8 Noyabr 2018 | 19:01
Ən ucuz noutbuk təqdim edilib
22 Oktyabr 2018 | 11:59
Qorbaçov Trampı tənqid etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin