Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olublar və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular.

Azərbaycanın dövlət himni səsləndirildi.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlü­yü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sina­qoqlarda dərin ehtiram hissi ilə yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

AZƏRTAC

5 Dekabr 2020 03:08 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə