Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Vətən müharibəsində həlak olmuşşəhidlərlə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:

“Əziz qardaşlar və bacılar!

Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuşşəhidlərin xatirəsini yad edirik.

Azərbaycan xalqının igid oğulları zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.

Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.

Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canın­dan keçməyə hazır olan oğullar tərbiyə etmişvalideynlərin qarşısında başəyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs qələbə qazandıq. Bu qələbə xalqımızın tarixinə əbədi həkk olundu!

Hər birimiz bu zəfərin nəyin bahası­na qazanıldığını yadda saxlamağa borc­luyuq! Biz Vətən müharibəsi şəhidlərini heçvaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!”.

5 Dekabr 2020 03:06 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə