Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 16 aprel tarixli 1923 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 398 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 19 avqust tarixli 811 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respubli­kasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Ye­yinti məhsulları haqqında”, “Taxıl haqqın­da”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdı­rılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haq­qında” Azərbaycan Respublikası Prezidenti­nin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haq­qında” Azərbaycan Respublikası Prezidenti­nin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 674) 4-cü hissəsi ləğv edilsin.

2. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 398 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2555) 2-ci hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respub­likasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanına (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1394) aşağıdakı məzmunda 2.8-1-ci və 2.8-2-ci bəndlər əlavə edilsin:

“2.8-1. həmin Qanunun 10.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

2.8-2. həmin Qanunun 12.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

4. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli Fərmanı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 482; 2009, № 4, maddə 226; 2018, № 5, maddə 930) ləğv edilsin.

5. “Taxıl haqqında” Azərbaycan Respub­likası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 564; 2014, № 5, maddə 477; 2015, № 2, maddə 131; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 836; 2018, № 5, maddə 931) ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2020-ci il

5 Dekabr 2020 03:05 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə