Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respub­likasının Azərbaycan Respublikasındakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə dip­lomatik fəaliyyətini yüksək dəyərləndirib, ölkələrimiz arasında münasibətlərin inkişafı­na verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzula­yıb. İki ölkə xalqlarını bağlayan tarixi və dost­luq əlaqələrinə toxunan nazir Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.

Səfir Gennadi Axramoviç ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluğunu bildirib, hətta COVID-19 pandemiyası dövründə belə iqti­sadi əlaqələrdə artımın müşahidə edildiyini vurğulayıb. Səfir Azərbaycanı ən xoş arzu­larla tərk etdiyini bildirib və ölkəmizlə bağlı xoş təəssüratlarının daim xatirində olacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

5 Dekabr 2020 03:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə