Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın və Latviyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, te­lefon söhbəti zamanı nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr tarixli Birgə Bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşı­lıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

5 Dekabr 2020 03:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə