Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa: Vətən müharibəsi qaziləri evlərində ziyarət olunur

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət edir.

Rayon rəhbəri qazilərimiz və on­ların ailə üzvləri ilə səmimi söhbətlər aparır, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarığı və qətiyyəti sayəsində düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun şərəfli döyüş yolundan söz açır.

Müxtəlif bədən xəsarətləri alan qazilərimizin ailə üzvləri övladları ilə qürur duyduqları­nı qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

5 Dekabr 2020 00:45 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə