Ən son xəbərlər
№ 480 Bakı şəhəri, 2 dekabr 2020-ci il
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478; 2020, № 6, maddə 804) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasda “15” rəqəmləri “17” rəqəmləri ilə əvəz edilsin.
2. 16 və 17 nömrəli əlavələr təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə