Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 477 Bakı şəhəri, 1 dekabr 2020-ci il

“Koronavirus (COVID-19) pande­miyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkar­lıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tu­taraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Koronavirus (COVID-19) pande­miyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkar­lıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 979) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissəyə “kreditlər” sözündən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə” sözləri əlavə edilsin.

2. Həmin Qərara əlavə - “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adın­dan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi” üzrə:

2.1. 3.1-ci bəndə “nəzərdə tutulan” sözlərindən sonra “2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə” sözləri əlavə edilsin;

2.2. 3.2-ci bəndə “yuxarı həddi” sözlərindən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə” sözləri əlavə edilsin;

2.3. 5.1-ci bəndə “öhdəliklərin (əsas borc)” sözlərindən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) mil­yon manat məbləğinədək olmaqla, ümumilikdə” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə