Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Co Baydenin “çoxtərəfli yanaşma” planı

Bu siyasət İran, Rusiya, Çin və digər ölkələrə qarşı tətbiq edilə bilər

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden bəzi ölkələrə qarşı “çoxtərəfli yanaşma” nümayiş etdirəcəyi ilə bağlı planlarını açıqlayıb. Bu ölkələr Rusiya, İran və Çindir. Bu barədə dövlət başçısı CNN-ə müsahibəsində bəyan edib. Məlumatı RİA “Novosti” verib.

Bayden deyib: “Biz təkcə İrana deyil, həm də Rusiya, Çin və digər ölkələrə qarşı iş görmək üçün böyük bir qrupun hissəsi olmalıyıq”. Bununla yanaşı, o bildirib ki, vəzifəsinin icrasına başlaya­na qədər ABŞ-ın siyasətini formalaşdıra bilməz: “Mən həm Avropada, həm də Hind və Sakit okean regi­onunda çox sıx müttəfiqlik münasibətləri qurmaq istəyirəm. Ancaq etiraf etməliyəm ki, məni Avropa İttifaqı ilə çox çətin danı­şıqlar gözləyir və bununla əlaqədar heç bir illüziyaya qapılmıram”.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli An­tonov bəyan etmişdi ki, rəsmi Moskva Vaşinqtonun yeni administrasiyası ilə azı beş istiqamət üzrə əməkdaşlığı genişləndirə bilər. Bunlar strateji sabitlik, nüvə silahı­nın yayılmaması, kosmosda əməkdaşlıq, terrorizmlə və koronavirus pandemiyası ilə mübarizə sahələridir. Lakin diplomat Moskvanın Vaşinqtonla silahlara nəzarət sahəsində razılığa gələ biləcəyi məsələsinə şübhə ilə yanaşıb.

Rusiya səfiri ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələri haqqın­da danışarkən qeyd edib ki, ölkəsi amerikalıların istənilən seçimini tanıyır, ancaq məsələyə diplomatik proto­kol çərçivəsində münasibət bildirmək üçün nəticələrin rəsmi şəkildə elan edilməsini gözləyir.

Xatırladaq ki, ABŞ-da pre­zident seçkiləri noyabrın 3-də baş tutub. İlkin nəticələrə görə, Demokrat Partiyasının namizədi Co Bayden ştatlar­dakı seçkiçilərin 270 səsinə qarşı 306 səs toplayıb. Ha­zırkı Prezident Donald Tramp isə özünün məğlubiyyətini qəbul etmək istəmir və bəzi ştatların məhkəməsində seç­kinin nəticələri ilə bağlı iddia qaldırıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

5 Dekabr 2020 00:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə