Ən son xəbərlər
“Reuters”in məlumatına görə, OPEC+ dövlətlərinin bir neçə gün davam edən iclaslarındakı gərgin mübahisədən sonra qərara alınıb ki, hasilat 25 faiz, yəni sutkada 0,5 milyon barel azaldılsın.
TASS-ın məlumatına görə, ümumi hasilat sutkada 7,2 milyon barel azaldılacaq. Qeyd edək ki, cari ildə hasilat sutkada 9,2 milyon barel azaldılmışdı.
Dünya bazarında neftin qiyməti isə belədir: Londonun “İCE” Birjasının məlumatına görə, Brent” markalı neftin qiyməti 2,69 faiz artaraq bir bareli 49,70 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,3 faiz artaraq bir bareli 46,52, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,5 faiz artaraq bir bareli 49,81 dollar olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə