Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmin Nəsir: Neft bazarında çətin günlər arxada qalıb

Neft sənayesində və qlobal xam neft bazarında çətin günlər arxada qalıb. Hasilatın artması və qiymətlərin sabitləşməsi koronavirus pandemiyası ilə mübarizəyə də töhfə olacaq. “Business-İnsider” saytının məlumatına əsasən, bu bəyanatla Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin prezidenti Əmin Nəsir çıxış edib.

O, son bir ildə dünya neft bazarında baş verən təlatümləri şərh edərək deyib: “Cari ilin aprel ayı neft sənayesi üçün ən ağır ay oldu. Bu dövrdə qiymətlərin indiyədək görünməmiş səviyyədə enməsi müşahidə olundu. Lakin mən inanıram ki, artıq çətin günlər arxada qalıb. Hazırda neft sənayesi və qlobal bazar sabitləşmə və bərpa dövrünə qədəm qoyub”.

Mərkəzi qərargahı Nyu- Yorkda yerləşən “Chemists Club” təşkilatının neft-kimya sənayesi sahəsində mükafatlarının təqdimatı mərasimində çıxış edən Ə.Nəsir qeyd edib ki, pan­demiyaya rəğmən, “Aram­co” yeni layihələr həyata keçirməyə davam edir. Belə ki, yeni “SABIC” neft-kimya müəssisələrinin tikintisinə 69 milyard dollar vəsait ayrı­lıb. Bu meqalayihə krallığın neft sənayesində liderliyinin möhkəmlənməsində mühüm rol oynayacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 Dekabr 2020 00:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə