Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada peyvəndləməyə start verilib

Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, artıq paytaxt Moskvada koronavirusa qarşı peyvənd olunmaq istəyənlər elekron qeydiyyat sistemindən keçməyə başlayıblar.

Yeri gəlmişkən, bu barədə Moskva meriyasının rəsmi say­tında da məlumat yerləşdirilib. Həmin məlumatda qeyd edilir ki, şəhər ərazisində artıq 70 peyvənd məntəqəsi açılıb.

Qeyd olunub ki, ilk növbədə federal və özəl tibb müəssisələrinin işçiləri, təhsil müəssisələrinin əməkdaşları və sosial xidmətlərin işçiləri peyvənd olunacaq.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

5 Dekabr 2020 00:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə