Ən son xəbərlər
Dekabrın 5-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 5-9° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 2-5, gündüz 6-9° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 0-5, gündüz 5-9° isti, dağlarda gecə 3-8, gündüz 0-3° şaxta olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 2-6, gündüz 7-11° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 8-10, dağlarda gecə 0-3, gündüz 3-5° isti olacaq.
Köhnə versiyamızdan xəbərləri izlə