Ən son xəbərlər
Kanadada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Bildirilir ki, Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Alfonso Devis bu ada layiq görülüb. 20 yaşlı futbolçu ölkəsinin ən yaxşısı mükafatını ilk dəfə qazanıb. Kanada millisinin baş məşqçisi Con Herdman bildirib ki, Devisə verilən mükafat gənc nəslə stimul verəcək.
Xəbəri “Eurosport” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə