Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

42-ci film festivalı

Qahirə Beynəlxalq Film Festivalının 42-ci açılış mərasimi keçirilib. Misirin pay­taxtındakı mərasimə ölkənin mədəniyyət naziri Əbdel Dayem, turizm naziri Xalid Ənani və digər rəsmi şəxslər, müxtəlif ölkələrdən gəlmiş məşhur kinorejissor və aktyorlar qatılıblar. Bildirilir ki, festivalın 7 nəfərdən ibarət jürisinə məşhur rus kinorejissoru Aleksandr Sokurov rəhbərlik edir. Dekabrın 10-da başa çatacaq festivalda Av­ropa və Yaxın Şərq ölkələri kinematoqrafçılarının 2020-ci ildə lentə aldıqları tammetrajlı və qısametrajlı filmlər nüma­yiş etdiriləcək. Jüri ən yaxşı film, rejissor, aktyor və aktrisa nominasiyaları üzrə qalibləri müəyyən edəcək.

Xəbəri “ciff.org.eg” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

5 Dekabr 2020 00:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə