Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya turizm sektorunu iflic edib

Koronavirus pan­demiyası səbəbindən ilin əvvəlindən noyabr ayınadək İspaniyaya gələn turistlərin sayı 76 faiz aza­lıb. Həmin dövrdə ölkənin turizm sektoru ötən ilə nisbətən 63,4 milyard avro itirib. Məlumata əsasən, noyabrda ölkəyə təxminən 1 mil­yon, cari ilin ilk 10 ayında isə 17,9 milyon turist gəlib. Ötən ilin analoji dövründə bu göstərici 74,7 milyon nəfər təşkil etmişdi. Bildirilir ki, cari ilin əvvəlindən bəri İspaniyaya səyahət edənlərin ümumi xərcləri 18,6 milyard avro təşkil edib. Ötən il bu vəsait 82 milyard avrodan çox idi.

Məlumatı “Euronews” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

5 Dekabr 2020 00:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə