Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsa Həbibbəyli: Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi

Azərbaycanın Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyası Ali Baş Komandan tərəfindən uğurla həyata keçirildi.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqının, eləcə də əsgərlərin qələbə ruhu, onların döyüş əzmi ermənilərdə vahimə yaratdı, düşmən kəndlərdə texnikaları ataraq qaçmağa məcbur oldu. Azərbaycan dövlətinin sülhsevər siyasəti, apardığı çevik diplomatiya Kəlbəcər, Ağdam və Laçının bir şəhid belə vermədən, bir güllə belə atılmadan işğaldan azad edilməsinə imkan verdi: “Bu, Azərbaycanın hərb tarixi üçün ən böyük hadisələrdən biridir. Müharibənin son nəticəsi torpaqlarımızın azad edilməsindən ibarət idi. Torpaqları itki verərək də, itkisiz də geri almaq olur. Əsgərlərimizi qoruyaraq, itkisiz alınan torpaqlar bizim üçün müharibə ilə geri alınan torpaqlar qədər əzizdir. Bu, qələbə qazanmağın daha müdrik yoludur. Ölkəmizin prezidentinin bu çevik, müdrik siyasəti torpaqlarımızın bir hissəsinin qurban vermədən geri alınması ilə nəticələndi. Sözsüz ki, burada müharibənin birinci hissəsində Azərbaycanın apardığı uğurlu hərb işi, müharibə taktikası böyük rol oynamışdı. Düşmən buna məcbur edilmişdi”.

İ.Həbibbəyli əlavə edib ki, Azərbaycan Prezidenti dəfələrlə Ermənistan rəhbərliyinə müharibəni dayandırması barədə çağırışlar etsə də, onlar buna məhəl qoymadı. Amma sonda – noyabrın 10-da Nikol Paşinyanın məğlub ölkənin miskin baş naziri kimi bəyanata imza atması onun müharibəni aparmaq iqtidarında olmadığını göstərdi.

4 Dekabr 2020 23:37 -

Köhnə versiyamızdan xəbərləri izlə