• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

 “DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik də göstəriləcək.

Bununla yanaşı, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən qurum olan nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə, əmək müqaviləsi bildirişləri barədə işçilərə məlumatın verilməsi “DOST” mərkəzlərinin xidmətləri sırasına daxildir. Mərkəzlərdə yeni və yenidən qurulmuş müəsisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportların təqdim olunması da həyata keçiriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi, əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimlərin təşkil edilməsi “DOST” mərkəzlərində göstəriləcək xidmətlərdən olacaq.

Xatırladaq ki, “DOST” mərkəzlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 124 xidmət təqdim olunacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Oktyabr 2018 16:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin