Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO “Rəşadətli dəstək” missiyasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək

NATO Əfqanıstandakı "Rəşadətli Dəstək" missiyasının gələcəyinə dair qərarı Alyansın müdafiə nazirləri toplantısında 2021-ci ilin fevral ayında qəbul edəcək.
NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin video konfransından sonra keçirilən mətbuat toplantısında bildirib ki, Əfqanıstanda missiyasının gələcəyi ilə bağlı 2021-ci ilin fevralında Brüsseldə keçiriləcək müdafiə nazirlərinin növbəti iclasında çətin qərar verməliyik. Stoltenberq deyib: “Ancaq nə olursa-olsun, verdiyimiz qərar koordinasiyalı və nizamlı bir şəkildə həyata keçirilməlidir".
Xatırladaq ki, daha əvvəl Baş katib ABŞ-ın Əfqanıstandakı "Taliban" hərəkatı ilə müqaviləsinə uyğun olaraq hərbçilərinin sayını azaltmağa qərar verib. Buna baxmayaraq, alyansın "Rəşadətli Dəstək" təlim missiyası əvvəlki konfiqurasiyada davam etdiriləcək və Vaşinqton bu missiyanı dəstəkləmək üçün tibbi, avianəqliyyat, kəşfiyyat və digər imkanlarını özündə saxlayacaq.
“Xalq qəzeti”

3 Dekabr 2020 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu
21 Yanvar 2021 | 11:28
20 Yanvar...

Köhnə versiyamızdan xəbərləri izlə