Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”in dəstəyilə hazırlıq keçən Azərbaycan komandasının yeni uğuru

Gəncə məktəblisi yarışda bürünc medal qazandı

Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri keçirilib. Onlayn formatda keçirilən yarışda 17 ölkədən 403 iştirakçı öz biliyini sınayıb. Qeyd edək ki, ikinci dəfədir ki, sözügedən yarışmada iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə edirlər. 
“Azercell”in dəstəyilə turnirə hazırlaşan Gəncə şəhəri, M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov yarışda bürünc medal qazanıb. Xatırladaq ki, Əziz Hüseynov iki ay öncə Sinqapurda keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında və İndoneziyada təşkil olunan Asiya Pasifik İnformatika Olimpiadasında da bürünc medal əldə etmişdi. 
“Azercell Telekom” 2017-ci ildən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin fəaliyyətinə dəstək verir. İndiyədək mərkəzdə keçirilən məşğələlərə 300-dən çox şagird cəlb edilib. Məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Burada yerli və xarici ali məktəblərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və müəllimləri 5 fənn üzrə hazırlıq keçirlər. Mərkəzdə hazırlıq keçən məktəblilər hər il 15-ə yaxın beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər. 
“Azercell” şirkəti daima ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsil, yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə dəstək olur. Şirkət ötən il Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında istedadların “Rəqəmsal Sponsoru” qismində çıxış edib. 
“Xalq qəzeti” 

3 Dekabr 2020 00:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu
21 Yanvar 2021 | 11:28
20 Yanvar...

Köhnə versiyamızdan xəbərləri izlə