Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elman Məmmədov: Xocalı sakinləri yurdlarına qayıtmaq üçün ölkə başçısının göstərişini gözləyir

Hər bir məcburi köçkün doğma yurd-yuvasına qayıtmağın həsrətilə yaşayır. Xocalı sakinləri oraya qayıtmaq üçün ölkə başçısının göstərişini gözləyir.

Bunu Milli Məclisinin Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.

“Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və digər azad olunan torpaqlar Azərbaycan Respublikasının ərazisidir, biz də Azərbaycan vətəndaşıyıq. Rusiya sülhməramlıları kimdir ki, biz onlara müraciət edib icazə istəyək, “İcazə verirsənsə, biz Xocalıya gələk, vermirsinizsə, gəlməyək”,-deyək?! O fikirləri səsləndirənlər çox səhv mövqedədirlər. BMT-nin nizamnaməsinə və müvafiq beynəlxalq konvensiyalara əsasən, sülhməramlıların özünəməxsus mandatı var. Mən nəyə görə başqa bir dövlətin hansısa qurumundan Xocalıya getməyimə şərait yaratmaları üçün icazə almalıyam?!  Bizə icazəni də, göstərişi də öz dövlət başçımız verəcək. Orada yaşayış üçün şərait yaradılan zaman Füzuli, Cəbrayıl və digər işğaldan azad olunan rayonlarımızın sakinləri kimi biz də öz evimizə qayıdacağıq”- deyə millət vəkili bildirib.

3 Dekabr 2020 12:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə