Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Epidemioloji durum daha da pisləşərsə...

Tələb olunan qaydalara əməl olunmadığı təqdirdə epidemioloji durumun daha da pisləşməsi ilə üzləşəriksə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaqdır.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, hazırda COVID–19-la bağlı yoluxma vəziyyəti çox gərgindir: “Xüsusən də son həftələrdə rast gəlinən hallar, həmçinin xəstələrin sayının artması səhiyyə sisteminin xeyli yüklənməsinə səbəb olub. 

İnsanların qoruyucu gigiyenik qaydalara əməl etməsi baxımından müəyyən irəliləyişlərin olduğunu görürük. Lakin onu da qeyd etmək lazımdır ki, yoluxma hallarının artımının davam etməsində özlərində müəyyən xəstəlik əlamətləri hiss edən bəzi şəxslərin məsuliyyətsizliyi, xəstəliyin ilk günlərindən buna əhəmiyyət verməməsi, özlərini təcrid etməməsi, tibb müəssisələrinə vaxtında və ya ümumiyyətlə müraciət etməmələri, özünümüalicə ilə məşğul olmalarıdır.

Hesab edirəm ki, hazırkı durumda əhalinin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var". 
“Xalq qəzeti”

3 Dekabr 2020 00:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə